Modern.az

Ümidim xeyirxah insanlaradır

Ümidim xeyirxah insanlaradır

16 Fevral 2016, 11:55


Oğlum Zahidov Mirsəid Mirbala oğlu 2012-ci il oktyabr ayının 17-də Ukraynanın Xarkov şəhərində anadan olub. Balaca Mirsəid dünyaya gəldiyi andan ona süni nəfəs verilməyə başlandı. Görkəmli professorların, alimlərin müayinəsindən sonra uşağın ürəyində problemlər olduğu məlum olur. Dərhal körpəni ürək xəstəxanasına göndərdilər. Oradakı müayinələrdən sonra Mirsəidin ürəyində anadangəlmə qüsuru, magistral damarların sağ mədəcikdən ikili ayrılması, transpozisiya tipi, mədəciklərarası arakəsmənin qüsuru, qulaqcıqlararası arakəsmənin ikincili qüsuru, açıq arterial axın, ürəyin sol şöbələrinin hipoplaziyası, aortanın kartasiyanın rezeksiyası və aortanın plasikasından sonrakı vəziyyəti, ağciyər arteriyasının daralması. Bronx-ağciyər hipertenziyası, orta ağırlıq dərəcəsi, ağır, kəskinləşmə (bronxit) dövrü (ağciyər hipertenziyası orta təzyiq 31 mm.c.st.). Kandildoz stomatit-xəstəlikləri müəyyən eidblər.

Mirsəid hələ 3 yaşı tamam olmamış Xarkov şəhərində həkimlər onun ürəyində 11 dəfə əməliyyat aparıblar. Bunlardan 7-si millə (şuntlama), 4 dəfə isə açıq əməliyyat olub. Sonuncu dəfə 2015-ci ilin sentyabrın 7-si və 9-da ürək əməliyyakı keçirilib.Ukraynanda əməliyyat zamanı hər şeyin uğurla getdiyi bir vaxtda ürək klapanlarının biri partladığından həkimlər klapanı kəsib götürmək məcburiyyətində qalıblar. Hazırda Mirsəid Bakı şəhərində süni aparatla nəfəs alır. Ukraynadakı mütəxəssislər növbəti əməliyyata təxminən 10 min dollar tələb

olunduğunu bildirir. Əlimizdə olan nə vardısa dostların, qohumların köməkliyi ilə yığışıb 11 dəfə əməliyyat etdirmişik. İndiyədək yaxşı insanların sayəsində 3 min ABŞ dolları toplamışıq. Hazırda satılası heç nəyimiz qalmayıb. Ev, maşın, zinət əşyalarımızın hamısını satıb əvvəlki müalicələrə vermişik. Sonda onu da qeyd edim ki, Mirsəidin atası Mirbala Zahidov da bir il əvvəl ürək əməliyyatı keçirib və həkimlər ürəyinə stimulyator qoyublar.

Heydər Əliyev Fonduna, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə köməklik üçün müraciət etmişik, ümidlə cavab gözləyirik. İmkanlı şəxslərə, xeyirxah insanlara üz tutub körpəmizin əməliyyat olunmasına yardım etmələrini xahiş edirik. 2016-cı ilin mart ayında Mirsəid növbəti dəfə əməliyyat olunasıdır. Bu əməliyyatın ölkəmizdə, yaxud xaricdə aparılmasından asılı olmayaraq dövlət başçısından, onun xanımı Mehriban Əliyevadan, yaxud müvafiq strukturlardan ailəmizə kömək göstərməsini xahiş edirik.

Kapital bankın 1 saylı Səbail filialında Mirsəidin əmisi Zahidov Mircəlal Mirnəsib oğlunun adına hesab açmışıq.

Kapital Bank ASC-nin 1 saylı Səbail Filialı Filialın Kodu: 200059.

VÖEN: 9900003611

SWIFT kod: AIIBAZ2X

Müxbir hesab: AZ37NABZ01350100000000001944

Benefisiarın adı: Zahidov Mircəlal Mirnəsib oğlu

Benefisiarın hesabı: AZ58IIB38010019443507606105

Milli Ön-də isə Bank hesabları bölməsinə daxil olub Azerqaz bankın cari hesab medaxili bölməsinə daxil olub 334045 hesabaına 11.02.1980 yığaraq istədiyiniz vəsaiti daxil edə bilərsiniz.

Kömək göstərən hər bir kəsi görüb təşəkkür edə bilməsək də uca Allah hər şeyi görür. Qoy Böyük Yaradan hamımızın köməyi olsun.

Zahidova Hasilə Fuad qızı, Kürdəmir rayonunun Molakənd kəndi

Əlaqə telefonu 070 306 00 95


 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu