Qazaxıstan prezidenti Nursultan Nazarbayev Almatı şəhərinin rəhbərliyinə şəhərin 1000 illiyi ilə bağlı geniş bayram tədbiqləri keçirməyi tapşırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki. Nazarbayev yolların abadlaşdırılmasına xüsusi diqqət tələb edib.
“Yolların pis olduğu ərazilərə vəsait yönəldin. Qoy bütün şəhər sakinləri su sistemlərinin, fəvvarələrin və yolların bərpa olunduğunu hiss etsin”.
Sonda prezident “məmurların tez-tez hərəkət etdiyi yolları yalamamağı tələb edib”.
Onun fikrincə, bu yollara 4 qatlı asfalt tökmək israfçılıqdır.
Vüqar İsmayılov