Modern.az

Dövlət büdcəsi fevralın 23-də parlamentdə müzakirəyə çıxarılacaq

Dövlət büdcəsi fevralın 23-də parlamentdə müzakirəyə çıxarılacaq

16 Fevral 2016, 13:52


Azərbaycan Milli Məclisinin (MM) fevralın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub.

Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 5 məsələ daxildir.  

Gündəliyə MM-in payız sessiyasında qəbul olunmuş “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanun layihələrinə dəyişikliklər, o cümlədən Milli Məclisin yanvarın 19-da keçirilən xüsusi iclasında qəbul olunmuş bəzi dəyişikliklərə Azərbaycan Prezidenti tərəfindən veto qoyulması ilə bağlı məsələlərin müzakirəsi salınıb.   

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu