Modern.az

Rusiyadan Azərbaycana araq idxalı 50% azalıb

Rusiyadan Azərbaycana araq idxalı 50% azalıb

16 Fevral 2016, 14:06


2015-ci ildə Rusiyadan xarici ölkələrə araq və çaxır-liker ixracı 40,2% azalıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ötən il şimal qonşumuz 111,9 milyon dollar dəyərində alkoqol məhsulu ixrac edib. 2014-cü ilin analoji göstərici isə 187,1 milyon dollar təşkil edib.

Ötən il “rus vodkası”nın Ukraynaya idxalı 68,3%, Fransaya 61%, Litvaya 50% və Azərbaycana 49,8% azalıb.

Ən çox rus arağı alan ölkələr isə Böyük Britaniya, Almaniya, ABŞ, Polşa və Kanada olub.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu