Modern.az

Güclü külək Quba rayonunu işıqsız qoyub

Güclü külək Quba rayonunu işıqsız qoyub

18 Fevral 2016, 00:41


Axşam saatlarından başlayan güclü külək Quba rayonunu işıqsız qoyub. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, güclü külək yollarda da çətinliklər yaradıb.

Quba-Xaçmaz yolunda olan bəzi çürük ağacların budaqları yola aşıb. Yoldan istifadə edən sürücülərin köməkliyi ilə yolları ağac budaqlarından təmizləmək mümkün olub. Eyni zamanda rayonun dağ kəndlərinə gedən elektrik xəttlərində problemlər yaranıb.

Təhlükəsizlik məqsədi ilə Quba-Qonaqkənd, Quba-Xaltan, Quba-Buduq, Zeyid, Quba-Söhüb və Quba-Xınalıq kəndlərində elektrik enerjisi dayandırılıb. Dağ kəndləri ilə yanaşı rayonun özündə də elektrik enerjisinin verilişi dayandırılıb. Hal hazırda isə güclü külək  davam edir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu