Modern.az

Sumqayıtda intihar edən tələbə qızla bağlı yeni XƏBƏR

Sumqayıtda intihar edən tələbə qızla bağlı yeni XƏBƏR

18 Fevral 2016, 11:16

 

“Qızım Rumiyyənin intihar etməsi ilə bağlı açılan cinayət işi ilə əlaqədar iki dəfə Sumqayıt Şəhər Prokurorluğuna çağırılmışam. Hələki heç bir nəticə yoxdur”.

Bu sözləri Modern.az-a açıqlamasında Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin intihar etmiş I kurs tələbəsi Rumiyyə Qasımovanın atası Elşən Qasımov deyib. O qeyd edib ki, bu gün yenidən cinayət işinin gedişi ilə maraqlanmaq üçün prokurorluğa gedəcək.  

“Özüm onlara zəng etmişdim, məni çağırdılar. Söhbət etdik, bildirdilər ki, narahat olmayım və iş gedir. Qızımın olduğu qrupun imtahan cavablarını müstəntiq götürüb, bütün sənədlər ondadır.

Bildirdilər ki, Təhsil Nazirliyi imtahan cavablarının yenidən yoxlanılması üçün komissiya yaradacaq və nəticələrə yenidən baxılacaq. Hələki iş gedir, nəticələrlə bağlı bir yenilik yoxdur. Bu gün yenidən prokurorluğa gedəcəm”.  

Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb.   

Rumiyyə Qasımova universitetə qəbul olunmazdan öncə oxuduğu "Azəri" hazırlıq kurslarında əlaçı abituriyent olub.  

Tələbənin yaxınlarının və atasının Modern.az-a verdiyi məlumata görə, universitetdən imtahanlara görə pul istənililib və o, bunu verə bilmədiyi üçün imtahanlardan kəsilib. Bundan təsirlənən tələbə qız intihar edib.    
Sumqayıt Dövlət Universiteti isə deyilənləri təkzib edib.    

Aytən ZƏHRA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu