“Azərbaycana yeni gətirilən inaktivləşdirilmiş poliomielit peyvəndinin istifadəsinə artıq fevralın 15-dən başlanılıb”.
Bu barədə Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva məlumat verib.O qeyd edib ki, yeni vaksin ölkədə fəaliyyət göstərən bütün peyvənd məntəqələrinə paylanılıb.
“Vaksin pnevmokok peyvəndi ilə eyni gündə 6 ayı tamam olmuş uşaqlara yalnız bir dəfə vurulur.
Fevralın 15-dən etibarən 6 ayı tamam olacaq uşaqlara o 1 doza həcmində inaktivləşdirilmiş poliomielit peyvəndi vurulacaq.
Artıq yaşı yuxarı olmuş uşaqlara isə bu peyvənd vurulmayacaq6 ayı tamam olmuş uşaqlara 1 doza inaktivləşdirilmiş poliomielit peyvəndin inyeksiya vasitəsilə aparılması ilə yanaşı, oral polimelit vaksinin aparılması davam etdiriləcək”.
A.Əliyev vurğualyıb ki, əgər müəyyən səbəblərdən 6 ayı tamam olmuş uşaqlara bu peyvəndin vurulması gecikdirilsə belə ən yaxın zamanda onlar ən yaxın gəlişdə polikliniya müraciət etdikdə o peyvəndi almalıdır.
“Çünki bu vaksin oral polimelit vaksini tərəfindən yaradılan immuniteti bir az da gücləndirilir”. O, həmçinin əlavə edib ki, mərhələli şəkildə vaksinlərin növbəti hissəsinin yaxın zamanlarda ölkəyə gətirilməsi nəzərdə tutulur, çünki UNİCEF digər Avropa ölkələri ilə yanaşı Azərbaycanı daimi olaraq vaksinlə təmin edir.
Xatırladaq ki, Hollandiya istehsallı peyvənd 5 dozalı flakonda qablaşdırılıb. Vaksini "Bilthoven Biologicals" şirkəti hazırlayıb.
Aytən ZƏHRA