Modern.az

Dövlət Komitəsində 170 min rüşvət verən şəxs hazırda müəllim işləyir

Dövlət Komitəsində 170 min rüşvət verən şəxs hazırda müəllim işləyir

Təhsil

18 Fevral 2016, 12:39

Binəqədi rayon icra başçısının müavini postuna təyinat almaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbərinə 170 min dollar rüşvət verən, amma aldadılan Eynar Kərimov hazırda müəllim işləyir.

Bu haqda Modern.az saytına məlumat verən vəkil Adəm Məmmədov bildirib ki, həmin şəxs bir müddət biznes fəaliyyəti ilə də məşğul olub:

“Hüquqlarını müdafiə etdiyim şəxs Qubadlı rayon icra başçısının təqdimatı ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Hazırda müəllim kimi çalışır. 45 yaşlı müvəkkilim həm də Qarabağ müharibəsi veteranıdır”.

A.Məmmədov bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri Səfər İmanovun dələduzluq əməlləri ilə əlaqədar araşdırmalar davam etdirilir. Səfər İmanov Azərbaycandan qaçaraq, xaricdə gizlənir.


Səfər İmanov

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?