“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Baş Prokurorluğa çağırılıb.
Modern.az-ın məlumatına görə, bu barədə Nigar Köçərli özü məlumat verib.
“Əli və Nino”nun “Qanun” nəşriyyatındakı ofisindən oğurluq faktıyla bağlı işə baxılmadığı üçün N. Köçərli bir neçə gün öncə Nəsimi Rayon Polis İdarəsinə çağırılıb.
Onun dediyinə görə, idarənin rəisi, polis-polkovniki Musa Musayev tərəfindən təhqir olunub, Bundan sonra Nigar Köçərli ölkə prezidentinə kömək üçün müraciət edib.
Modern.az