Modern.az

Feysbukdan istifadəçilərə növbəti sürpriz-Video

Feysbukdan istifadəçilərə növbəti sürpriz-Video

Təhsil

24 Fevral 2016, 21:31

 

Feysbuk sosial şəbəkəsi daha bir yeniliyə imza atıb. Modern.az saytı xəbər verir ki, bu gündən feysbukun “Like” düyməsi ilə yanaşı, digər emosiyaları da ifadə edən düymələri aktivləşib. Bundan sonra istifadəçilər “Sevgi”, “Kədər”, “Hirs”, “Təəccüb” funksiyalarından yararlana biləcəklər.  

Xatırladaq ki, ötən il Mark Zukerberq “Facebook” istifadəçilərinin maraqla gözlədiyi “bəyənməmək” düyməsinin yerinə alternativ “emodzi”lər haqqında öz rəsmi profilində qısa bir video paylaşaraq məlumat verib. O, sosial şəbəkədəki paylaşımlara fərqli reaksiyaları ifadə etmək məqsədi ilə “like” düyməsinin yerinə 6 yeni “emodzi” üzərində çalışdıqlarını bildirib. İlk dəfə İspaniya və İrlandiyanın sosial şəbəkə istifadəçiləri arasında sınaq keçirilib. Artıq bu gündən sonra Azərbaycanda qeydiyyatdan keçmiş istifadiçilər də monitorlarında yeni əlavə olunmuş “emodzi”lər görünəcək. 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?