Modern.az

Goranboy İH Müdafiə Nazirliyini təkzib etdi: “O kənd bizim deyil”

Goranboy İH Müdafiə Nazirliyini təkzib etdi: “O kənd bizim deyil”

25 Fevral 2016, 13:26


Müdafiə Nazirliyinin cəbhə bölgəsində atəşkəs rejiminin pozulması ilə bağlı gündəlik məlumatları yayılır və erməni silahlı bölmələrinin hansı istiqamətdə atəş açdığı bildirilir. Müdafiə Nazirliyi tərəfindən adları açıqlanan istiqamətlər arasında qeyd edilən Talış kəndi Goranboy rayonun ərazisi kimi göstərilir. Amma əslində...

Talış kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Talış kəndiTərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Talış kəndi Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı kənd erməni işğalçılarından azad edilib. 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən nəzarət altına alıblar. Talış kəndi döyüş bölgəsinə yaxın məsafədə yerləşir və Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altındadır.

Həmin kəndki erməni silahlı bölmələri mütəmadi olaraq atəşkəs rejimini pozurlar.

Müdafiə Nazirliyinin xəbərlərində kəndin aid edildiyi Goranboy  İcra Hakimiyyətindən Modern.az-a Talışın bu rayona aid olmadığı bildirilib.

“Goranboyda Talış kəndi yoxdur. Tərtər rayonunun kəndidir. Sadəcə, həmin kənd Tərtərlə Goranboy rayonları arasında sərhəddə yerləşir. Goranboyun cəbhə istiqamətində Talış kəndi ilə sərhəd kəndi Tapqaraqoyunlu və Tap kəndləridir. Həmin kənd Goranboya yaxın olduğu üçün belə deyirlər, amma bu məlumat səhvdir”.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?