“Xocalı soyqırımı baş verəndən sonra oraya gedib, çəkiliş etməyimlə bağlı yayılan məlumatlar doğru deyil”.
Bu sözləri Modern.az-a açıqlamasında kinorejissor Eldəniz Quliyev deyib.
“Qarabağ müharibəsi zamanı çəkilişə çox getmişik. Amma sırf Xocalı faciəsi olan günü orada olmamışam. Ola bilsin ki, qarışdırırlar. Bir çox döyüşlərdə, çətin günlərdə mən Qarabağa getmişəm. Məhz Xocalı soyqırımı və sonrakı günlər orada olmamışam. Hər halda mənim gizlətməyimin mənası yoxdur. Yalan niyə deyim ki? Həmin gün əsas əziyyət çəkənlər Çingiz Mustafayev və Müdafiə Nazirliyinin operatoru olub. Özlərini təhlükəyə atıb ora getdilər”.
Qeyd edək ki, Xocalı qətliamının şahidi, “Qarabağın Həcəri” Səbirə Mahmudova 1992-ci ilin fevralın 28-də videoçəkiliş etmək üçün Xocalıya getmiş jurnalistlər arasında kinorejissor Eldəniz Quliyevin də olduğunu bildirib.
Aytən ZƏHRA