Modern.az

İlhamə Quliyevanın meyiti üzərindəki ekspertizanın nəticələri məlum oldu

İlhamə Quliyevanın meyiti üzərindəki ekspertizanın nəticələri məlum oldu

25 Fevral 2016, 17:23


Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb.

Meyitdən götürülən qan nümunələri ilə bağlı aparılan yoxlamaların nəticələri isə 15 gün sonra məlum olacaq.

İ.Quliyevanın nəşi ailəsinə təhvil verilib. Meyit yuyulmaq üçün məscidə aparılır.

Xatırladaq ki, İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?