Siyəzən magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
Bu barədə SOCAR-ın mətbuat xidmətindən Modern.az-a bildirilib.Fevralın 26-da saat 10:00-dan 12:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qusar”, saat 14:00-dan 16:00-dək isə “Xaçmaz” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir işləri aparılan müddətdə Qusar rayonunun və Xaçmaz şəhərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Modern.az