Modern.az

Bakı metrosunda Xocalı afişaları – FOTO

Bakı metrosunda Xocalı afişaları – FOTO

Təhsil

26 Fevral 2016, 10:51

Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Metro İşçiləri Həmkarlar İttifaqı ilə birgə hazırladığı tədbirlər planına start verib.

Bu haqda Modern.az saytına "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı bütün stansiyalara afişalar vurulub, stendlərdə faciə barədə məlumatlar yerləşdirilib.

N.Paşayev həmçinin bildirib ki,  hər yerdə olduğu kimi, metropolitenin bütün stansiyalarında Xocalı qurbanları saat 17:00-da bir dəqiqləlik sükutla yad ediləcək.  


Gülşən RAUFQIZI  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?