Modern.az

Dünyanın ən keyfiyyətli şəhərləri - Bakı 197-cidir - REYTİNQ

Dünyanın ən keyfiyyətli şəhərləri - Bakı 197-cidir - REYTİNQ

Təhsil

26 Fevral 2016, 11:42

“Mercer” beynəlxalq konsaltinq şirkəti dünya şəhərlərindəki yaşayış keyfiyyətini göstərən “Quality of Living Rangings 2016” illik reytniq cədvəlini hazırlayıb.

Modern.az şirkətin saytına istinadən xəbər verir ki, reytinqin tərtib olunması zamanı təhsil və səhiyyənin səviyyəsi, yaşayış şəraiti, vətəndaş azadlıqları və iş kriteriyaları nəzərə alınıb.

Bakı dünyanın 230 şəhəri arasında həyat səviyyəsinin keyfiyyətinə görə 197-ci pillədə qərarlaşıb. Gürcüstan paytaxtı Tbilisi 188-ci, Yerevan 182-ci, İstanbul 122-ci, Tehran 203-cü, Moskva isə 167-ci pillədə qərarlaşıb.

Keyfiyyətli həyat səviyyəsinə görə, dünya reytinqinin başında Avstriya paytaxtı Vyana durur.

İlk “onluq”a daha sonra İsveçrənin Sürix, Yeni Zelandiyanın Oklend, Almaniyanın Münhen, Kanadanın Vankuver, Almaniyanın Düsseldorf, Frankfurt, İsveçrənin Cenevre, Danimarkanın Kopenhagen və Avstraliyanın Sidney şəhərləri daxil olub.

Vüqar İsmayılov  

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?