
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycanı tərk edib. Modern.az xəbər verir ki, bu barədə məlumatı "Azadlıq" qəzeti yayıb. Məlumatda deyilir ki, Anar Məmmədov Ingiltərəyə köçüb. Bildililir ki, bir müddət əvvəl nazir oğlunun ailəsi İngiltərəyə yerləşib.
Daha sonra Anar Məmmədov Azərbaycandan gedib. Məlumata görə, bu köç müvəqqəti xarakter daşımır. Yəni, Anar Məmmədovun Azərbaycana qaytımaq niyyəti yoxdur. Bildirilir ki, Anar Məmmədov “Qarant Holdinq”in rəhbərliyindən istefa verib. Hazırda holdinqə Ziya Məmmədovun qardaşı oğlanlarından biri rəhbərlik edir.
Ziya Məmmədovun biznes imperiyası da süquta uğramaq üzrədir. Nazirə məxsus ən böyük biznes strukturlarından biri olan “Qarant Holdinq”də maliyyə böhranı hökm sürür. Aylardır ki, işçilərin əmək haqqı verilmir. “Azadlıq” bir neçə gün əvvəl bu barədə məlumat yaymışdı. Həmin məlumatdan sonra “Qarant Holdinq”ə daxil olan “Qarant Sığorta”nın fəaliyyətinə rəsmən xitam verilməsi barədə məlumat yayıldı.
Modern.az