Modern.az

Hansı tələbələrin təqaüd alacağı artıq bəllidir

Hansı tələbələrin təqaüd alacağı artıq bəllidir

Təhsil

26 Fevral 2016, 13:49

“Hansı tələbələrin təqaüd alacağı artıq bəllidir”. Bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov məlumat verib. O qeyd edib ki, republikanın bütün ali məktəblərində bu iş başa çatmaq üzrədir.

“Komissiya işləyir və onlar ali təhsil müəssisələrinə siyahıları təqdim edirlər. Semestrdən sonra ilk ay olduğu üçün təqaüd alacaqlar üçün pulun ayrılması bir həftə çəkə bilər. Amma onlar bu günlərdə təqaüdlərini əldə edəcəklər”.

Ödənişli ixtisaslarda oxuyan neçə tələbənin təqaüd almaq imkanın yarandığını N.İbrahimov hələ bilmədiyini deyib.
“Lakin bir neçə ali məktəbdə müşahidələrim əsasında görürəm ki, ödənişli təhsil alan tələblərdən təqaüd alanlar yetəri qədərdir”.

Nazirlər Kabinetinin təsdiq etdiyi (NK) "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”a əsasən, imtahan dövründə yaxşı nəticə göstərən ödənişli əsaslarla oxuyan tələbələrin də təqaüd almaq imkanı yaranıb.

Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən, fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü;
fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır;
fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi" təqaüd.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?