Modern.az

Gənclər prezidentin sevimli verilişinə belə dəstək verdi - VİDEO

 Gənclər prezidentin sevimli verilişinə belə dəstək verdi - VİDEO

26 Fevral 2016, 23:48

 

Gənclər bağlanması haqqında qərar alınan "Parlaq zəka" intellektual televiziya yarışmasına dəstək olaraq "Yaşa Parlaq Zəka" adlı videoçarx təqdim ediblər. Modern.az saytı xəbər verir ki, çarxda layihənin həvəskarları və iştirakçıları verilişlə bağlı fikirlərini bədii şəkildə ifadə ediblər.  

Xatırladaq ki, 2013-cü ildən Azərbaycan Dövlət Televiziya kanalının efirində yayımlanan “Parlaq Zəka” verilişinin çəkilişləri və yayımı dayandırılıb.

Fevralın 9-da verilişin rəsmi “Facebook” səhifəsində aşağıda qeyd olunan mətn yerləşdirilib. Mətndə deyilir: “Hörmətli tamaşaçılar, “Parlaq Zəka” verilişinin çəkilişləri və efirdə yayımlanması təxirə salınır. 2013-cü ildən “Parlaq Zəka” intellektual verilişi efirdə yayımlanmaqdadır. Bu müddət ərzində müxtəlif ali təhsil müəssisələrindən 6 tələbə qalib olmuş, 2 tələbə xaricə təhsil almağa göndərilmişdir.

Nəzərinizə çatdırmaq istərdik ki, 2016-cı ilin mart ayından etibarən nəzərdə tutulan çəkiliş və efirdə yayımlanma təxirə salınır. Növbəti çəkiliş ilə bağlı əlavə məlumat veriləcək. Ətraflı məlumat üçün: Höccət Əsədullayev, (+99412) 598-44-43”.  

Maraqlı məqam odur ki, yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşdə bəyəndiyi, dəstəklədiyi və şəxsən izlədiyi televiziya verilişləri arasında “Parlaq Zəka”nı da vurğulayıb.   “İntellektual oyunların Azərbaycanda keçirilməsi və xüsusilə televiziya vasitəsilə göstərilməsi çox böyük effekt verir. Misal üçün, “Nə? Harada? Nə vaxt?”, “Xəmsə”, ondan sonra “Brain Ring” - onları mən indi vaxtaşırı televiziyada izləyirəm. Bundan başqa, “Parlaq zəka”, “Mən azərbaycanlıyam”. Deyə bilərəm ki, bir çox kanallarda intellektual oyunlar keçirilir. Bir çox yaxşı verilişlər var”, - deyə İlham Əliyev qeyd edib.

Bildirək ki, sosial şəbəkələrdə #YaşaParlaqZəka haştaqı altında gənclər verilişə dəstək sözlərini yazırlar. Sözügedən veriliş “SYNERGY” Groupun dəstəyilə Şəmkir şəhərində çəkilir. İlkin məlumata əsasən verilişin dayanma səbəbləri sponsorun maliyyə çətinlikləridir.

Həmin videoçarxı təqdim edirik: 

 

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?