Modern.az

Qayınanasını döyən gəlinə cinayət işi açıldı – Bakıda

Qayınanasını döyən gəlinə cinayət işi açıldı – Bakıda

Təhsil

27 Fevral 2016, 11:44

Bir müddət öncə Bakı sakini gəlininin onu döyməsi barədə polisə şikayət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xətai rayonu, Neapol küçəsində yaşayan 1960-cı il təvəllüdlü G.İbrahimova gəlini 1986-ci il təvəllüdlü S.İbrahimova tərəfindən döyüldüyünü deyib.

Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən aparılan araşdırmalardan sonra faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.  

Araşdırmalar davam etdirilir.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?