Modern.az

Xocalı İsraildə anıldı, keçmiş nazir tədbirə qatıldı – FOTO

Xocalı İsraildə anıldı, keçmiş nazir tədbirə qatıldı – FOTO

Təhsil

27 Fevral 2016, 14:48


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya Ədalət” Beynəlxalq Kompaniyası cərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Asossasiyası (Aziz) tərəfindən 26 fevral 2016-cı il tarixdə İsraildə Xocalı soyqırımının 24-cü il dönümü ilə tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir Tel-Əvivlə Yerusəlim şəhərlərinin arasında salınmış parkda təşkil olunub. Tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev, Rasim Musabəyov, İsrail Knessetinin deputatları, şəhər meri, İsrailin keçmiş xarici işlər naziri Aviqdor Liberman, Azərbaycan diasporunun nümayəndələri, ictimaiyyətin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, dünyada baş verən ən dəhşətli soyqırımlardan biri olan Xocalı soyqırımı nəticəsində erməni hərbi birləşmələri tərəfindən 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə təmamilə məhv edilib, 76-ı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275-nəfər əsir götürülüb.

Girov götürülənlərdən 150 nəfərin o cümlədən 68 qadın və 26 uşağın taleyi bü günə qədər məlum deyil. Çıxış edənlər belə hadisələrin heç vaxt və heç yerdə təkrarlanması üçün bu görünməmiş ədalətsizliyi unutmamağa çağırıblar.  

Tədbirin sonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Memorialın açılış mərasimi keçirilmiş və Xocalı qurbanlarının xatirəsi üçün 613 ağac əkilib.     





Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?