
Tovuzda bədbəxt hadisə baş verib.
Modern.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayonun Qovlar qəsəbəsinin İntizam Əliyev küçəsində Yolçu Hüseynova məxsus çörək bişirilən yardımçı tikilidə yanğın baş verib.
Hadisə nəticəsində Y.Hüseynov və həyat yoldaşı Sevda Hüseynova yanaraq vəfat edib.
Yanğının hansı səbəbdən baş verdiyi aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
Modern.az