Modern.az

İmişlidə ağır QƏZA: 1 ölü, 2 yaralı

İmişlidə ağır QƏZA: 1 ölü, 2 yaralı

27 Fevral 2016, 17:56

İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, İmişli-Kürədmir avtomobil yolunda “Mercedes” markalı minik maşını ilə traktorun toqquşması nəticəsində Saatlı rayon sakini 1947-ci il təvəllüdlü Mürşüdov Ələmdar Bəxtiyar oğlu dünyasını dəyişib, 1976-cı il təvəllüdlü Mürşüdov Bəxtiyar Ələmdar oğlu və 1991-ci il təvəllüdlü Rəhimov Rəzi Seyidrəsul oğlu isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Modern.az    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?