Modern.az

Qəbələ İcra Hakimiyyətindən TƏKZİB: “Heç kim ermənilər tərəfə keçmək istəməyib”

Qəbələ İcra Hakimiyyətindən TƏKZİB:  “Heç kim ermənilər tərəfə keçmək istəməyib”

29 Fevral 2016, 11:49

“Qəbələdən olan 25 nəfərin Ağdama gedərək, ermənilər tərəfə keçməsi xəbəri həqiqəti əks etdirmir”.

B u sözləri Modern.az saytına açıqlamasında Qəbələ rayon icra başçısının I müavini Abil Ağasəfərov deyib. O qeyd edib ki, bu haqda yayılan məlumatlar tamamilə yanlışdır.

“Bu səhv məlumatdır. Heç bir qəbələli təmas xəttini keçmək istəməyib. İstəsəniz, həmin kəndin vətəndaşları ilə də əlaqə saxlaya bilərsiniz”.  

Qeyd edək ki, sosial şəbəkələrdə yer alan məlumatlara görə, Qəbələnin Kötüklü kənd sakinləri fevralın 27-nə keçən gecə Ağdama gedərək, ermənilər tərəfə keçməyə çalışıblar.  

Qeyd edilib ki, 25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla işğal altındakı Ağdam rayonuna keçərkən polis onları mühasirəyə alıb. Məlumata görə, həmin 25 nəfər Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıqlardan irəli gələrək, bu addımı atdıqlarını qeyd ediblər.  

““Azərişıq”ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, vergilər nazirinin müşaviri Müsavər Nəbiyev, Kötüklü kəndinin icra nümayəndəsi İkram Nəbiyev Qəbələ rayonunu ələ alıblar. Onlar bizi yaşamağa qoymurlar. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?