
Moskva metrosunun “Oktyabrskoe pole” stansiyasının qarşısında əlində kəsilmiş uşaq başı tutan şəxs tutulub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmin şəxs “Allahu Əkbər” qışqırırmış. Rusiya İstintaq Komitəsinin Moskva üzrə idarəsinin rəsmisi Yuliya İvanova bildirib ki, saxlanılan şəxs qadındır.
Məlumata görə, qadın dayəlik etdiyi uşağın başını kəsib.
Qadının şəxsiyyəti barədə hələlik məlumat verilmir. Bununla belə bildirilir ki, o, qara paltarda olub.
Ehtimal edilir ki, dayə uşağın başını kəsəndən sonra evi yandırıb, 4 yaşlı qızın cansız bədəni yanan evdən tapılıb.
Modern.az