Modern.az

İlham Əliyev vitse-prezident və energetika naziri ilə GÖRÜŞDÜ

İlham Əliyev vitse-prezident və energetika naziri ilə GÖRÜŞDÜ

29 Fevral 2016, 14:33


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçi qəbul edib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə olundu. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının böyük əhəmiyyətə malik olduğu qeyd edildi və Maroş Şevçoviçin bu tədbirdə iştirakı məmnunluqla vurğulandı.

Söhbət zamanı “Cənub qaz dəhlizi” layihəsinin icrasının hazırkı durumu və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

***

Fevralın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzeni qəbul edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında enerji layihələrinin yüksək səviyyədə həyata keçirildiyi, “Cənub” qaz dəhlizinin uğurla reallaşdırıldığı bildirildi. Ölkələrimiz arasında enerji sahəsi ilə yanaşı, digər sahələri də əhatə edən birgə layihələrin uğurla icrasından məmnunluq ifadə olundu. İki ölkənin gələcəkdə də strateji tərəfdaş kimi əməkdaşlıq edəcəyi vurğulandı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 29-da Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakı qəbul edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi.

TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulandı, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.





Modern.az   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?