Modern.az

Ötən il BP və onun tərəfdaşları Azərbaycanda 4,5 milyon dollar xərcləyib

Ötən il BP və onun tərəfdaşları Azərbaycanda 4,5 milyon dollar xərcləyib

29 Fevral 2016, 15:57


2015-ci ildə  CQBK ilə bağlı fəaliyyətlərə təqribən 47,5 milyon dollar əməliyyat xərcləri və 1,1 milyard dollar əsaslı xərclər sərf edilib.  Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.  

2015-ci il ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 18,6 milyon kubmetr qaz olub.

Modern.az saytı xəbər verir ki, bu haqda BP-nin 2015-ci ilə həsr olunmuş hesabatında bildirilib.  

2015-ci ildə CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam etdirib. Azərbaycanda təqribən 71km uzunluğunda borular artıq qaynaq edilib.

Xəndəyin qazılması, boruların xəndəyə  endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri noyabr ayının sonundan etibarən başlanıb və hazırda davam edir. Boruların saxlanma sahələrinə gətirilməsi davam edib və Azərbaycan hissəsi üçün lazım olan boruların 60%-dən çoxu artıq Muğan, Kürdəmir, Yevlax və Qazançı borusaxlama sahələrindədir.

Ağsu kanalının altından ilk üfüqi istiqamətdə qazma işləri uğurla davam edib.  

Gürcüstanda 1-ci kompressor stansiyasında əsas tikinti-quraşdırma işləri davam edib və 2-ci kompressor stansiyasında, həmçinin 81-ci Sahədə  tikinti işləri başlanıb. Boruların boru kəməri dəhlizi boyunca düzülməsi davam edib.

Bu vaxtadək 27km boru dəhliz boyunca düzülüb və təqribən 7 km isə qaynaq edilib. Xəndəyin qazılması, boruların xəndəyə  endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri üçün hazırlıqlar davam edir və bu işlərin 2016-cı ilin 1-ci rübündə başlanması gözlənilir.  

Şəfəq-Asiman üzrə seysmik məlumatların interpretasiyası 2015-ci il ərzində başa çatdıqdan sonra ilk kəşfiyyat quyusunun planlaşdırılması işlərinə başlanıb. Abşeron yarımadasının ətrafındakı dayazsulu sahələr üzrə hazilatın pay bölgüsü sazişi 2015-ci ilin may ayında ratifikasiya olandan sonra həmin müqavilə sahəsində 3-ölçülü seysmik tədqiqat proqramının həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanıb.

Həmin müqavilə sahəsində 2-ölçülü seysmik tədqiqat proqramı 2015-ci ilin dekabr ayında təhlükəsiz şəkildə başa çatdırılıb. 3-ölçülü seysmik tədqiqat proqramı üzrə Ətraf Mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin ictimai müzakirələri aparılır və proqramın 2016-cı ilin mart ayında başlanması üçün yekun planlaşdırma işləri gedir.  

2015-ci il ərzində BP və onun tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 4,5 milyon dollar xərcləyiblər.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?