Modern.az

”İnanmırıq ki, bu “dondurulmuş” münaqişədir”

”İnanmırıq ki, bu  “dondurulmuş” münaqişədir”

Təhsil

29 Fevral 2016, 20:18

“Azərbaycan istəyir ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunsun. İnanmırıq ki, bu münaqişə “dondurulmuş” münaqişədir”. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.

XİN rəhbərinin sözlərinə görə, Avropa İttifaqı da Minsk qrupu ilə birlikdə təkan verməlidir ki, münaqişəni yerindən tərpədək.

Görüşdə müzakirə olunan məsələlərə münasibət bildirən E.Məmməıdyarov bildirib ki, görüşdə saziş layihəsi ilə bağlı işin başlanğıcı üçün atılacaq addımlar barədə danışılıb: “Azərbaycan Avropa İttifaqına strateji əməkdaşlıq sazişi layihəsini təqdim edib. Bununla bağlı müzakirələr aparmışıq. Tərəflər arasında energetika sahəsində əməkdaşlıq genişləndirilir. 2019-cu ildə Azərbaycandan təbii qaz Avropa bazarına çıxarılacaq”.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?