Modern.az

Həcc ziyarəti zamanı yeni sistem işə düşəcək

  Həcc ziyarəti zamanı yeni sistem işə düşəcək

Təhsil

29 Fevral 2016, 21:56

 

  Səudiyyə Ərəbistanının mütəxəssisləri Məkkə şəhərindəki Məscidül-Həramda zəvvarların hərəkətinə nəzarət edəcək "Race" intellektual sistemini yaradırlar. Modern.az saytı xəbər verir ki, bununla bağlı Trend "Arab News" portalına istinadən xəbər yayıb.

Məlumata görə, yeni sistem zəvvarlar Həcc ayinlərini yerinə yetirərkən izdihamın yaranmasına imkan verməyəcək.  

Səudiyyə Ərəbistanının Həcc və Ümrə mərasimlərində təhlükəsizliyin təmini üzrə Dövlət Direktorluğunun rəsmisi Bədr bin Səud bəyan edib ki, yeni sistem 50 kamera əsasında quraşdırılacaq interaktiv elektron platformadır.

Bunun vasitəsilə məscidin təhlükəsizlik xidməti zəvvarların hərəkətlərini tənzimləyərək kompleksin istənilən nöqtəsində izdihamın yaranmamasına nail olacaq.  

Qeyd edək ki, 2014-cü ildə başlayan tikinti layihəsinə uyğun olaraq, Məscidül-Həram məscid-kompleksinin ərazisi 400 min kv.m-dək genişləndirilir. İnşaat işləri başa çatdıqdan sonra məscid eyni vaxtda 2,2 milyon zəvvarı qəbul edə biləcək.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?