
Bu gün Azərbaycanda “xuliqanlıq” maddəsi ilə cəza çəkən 42 yaşlı Qazaxıstan vətəndaşı Afət Həsənov vətəninə ekstradisiya olunub.
Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Həsənov Qazaxıstanın Manqustau vilayətində ona əmanət olunmuş külli miqdarda vəsaiti və mülkü mənimsəməkdə ittiham olunur.
Afət Həsənovun ekstradisiya olunması barədə qərar fevralın 15-də Qazaxıstan tərəfinin müraciətindən sonra Azərbaycan Baş Prokurorluğu tərəfindən qəbul olunub.
Bakıdan Astanaya gətirilən Afət Həsənov hazırda istintaq təcridxanasında saxlanılır.
Vüqar İsmayılov