Modern.az

Rusiyadakı azərbaycanlı biznesmen cərimələndi

Rusiyadakı azərbaycanlı biznesmen cərimələndi

Təhsil

1 Mart 2016, 11:11

Rusiyanın Samara vilayətində azərbaycanlı iş adamı qanun pozuntusuna görə yüksək məbləğdə cərimə ödəməli olacaq.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Zamanov soyadlı Azərbaycan vətəndaşı Tolyatti şəhərində alma biznesi ilə məşğul olub.

O, fitosanitar nəzarətdən keçməmiş 2 ton almanı satarkən saxlanılıb. Araşdırma biznesmenin  buna qədər Samara vilayətində nəzarətdən keçməmiş 20 ton almanı satdığını müəyyən edib.

Barəsində inzibati iş açılan Zamanovu 60 min rubla qədər (800 dollar) cərimə gözləyə bilər.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?