
Rusiya Federal Məhkəmə İcraçıları İdarəsinin Başqırdıstan respublikası üzrə nümayəndəliyi 2016-cı ilin əvvələrindən 3 Azərbaycan vətəndaşının deportasiya olunduğunu bildirib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu müddətdə ümumilikdə, 72 xarici ölkə vətəndaşı, o cümlədən Özbəkistan (36) və Tacikistan (18) vətəndaşları olub.2015-ci ildə isə ümumlikdə, Başqırdıstan respublikasıının ərazisindən 588 qeyri-leqal miqrant, o cümlədən 26 Azərbaycan vətəndaşı deportasiya olunub.
Vüqar İsmayılov