Modern.az

SalamNews Agentliyinin 6 yaşı tamam oldu

SalamNews Agentliyinin 6 yaşı tamam oldu

Təhsil

1 Mart 2016, 13:50


SalamNews İnformasiya Agentliyinin 6 yaşı tamam olur. Modern.az saytı xəbər verir ki, agentlik 2009-cu il noyabrın 16-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2010-cu il martın 1-dən fəaliyyətə başlayıb. O vaxtdan açıq rejimli internetdə Azərbaycan, rus və türk dillərində xəbərlər yayan agentlik işini daim təkmilləşdirir, operativliyi, obyektivliyi, hadisələrə münasibətdə bitərəfli münasibəti ilə seçilir. Ölkədə, MDB məkanında və dünyada baş verənləri oxucularına təqdim edən agentlik hadisələrin əyaniliyini və vizuallığını təmin etmək məqsədilə infoqrafikadan, video materiallarından və fotolardan maksimum bəhrələnir.

Hazırda respublikada fəaliyyət göstərən 30-dan çox informasiya agentliyinin rəqabət sahəsində dəst-xətti ilə seçilən SalamNews reklam verənlərin diqqət mərkəzindədir. 

2011-ci ilin iyununda SalamNews Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib. Eyni zamanda respublika müsabiqələrinin qalibi olub, fəxri fərmanlara, sertifikatlara layiq görülüb, “İlin brendi”ni qazanıb. Agentliyin əməkdaşları dəfələrlə müxtəlif dövlət qurumlarının və müstəqil təşkilatların plaket və mükafatlarına layiq görülüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?