
Elektron qəbulla bağlı sual yarandıqda valideynlər rayon ərazisində fəaliyyət göstərən alternativ komissiyaya, bütün digər hallarda rayon ərazisində fəaliyyət göstərən apellyasiya komissiyasına müraciət edə bilərlər. Bakı Şəhəri üzrə Təhsil idarəsindən Modern.az-a verilən məlumata görə, alternativ sənəd qəbulu komissiyaları Nəsimi rayonu - 16 THL, Səbail rayonu - 7, Nizami rayonu - 238, Yasamal rayonu - 18, Nərimanov rayonu - 47, Xətai rayonu - 194, Sabunçu rayonu - 96, Suraxanı rayonu - 114, Qaradağ rayonu - 139, Xəzər rayonu - 26, Pirallahı rayonu - 235, Binəqədi rayonu - 276 nömrəli məktəblərdə aparılacaq.
Məktəb uşağı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası doğum haqqında şəhadətnamə (yalnız uşaqlar üçün), Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi, BMT QAK-ın himayə sənədi, Xarici pasport, Xarici ölkə vətandaşının doğum haqqında şəhadətnaməsi (yalnız uşaqlar üçün) ilə qeydiyyatdan keçirə bilər
Valideyn uşağı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Azərbaycan Respublikası doğum haqqında şəhadətnamə (yalnız uşaqlar üçün); Azərbaycan Respublikasının ərazisində müvəqqəti/daimi yaşamaq üçün icazə vəsiqəsi; BMT QAK-ın himayə sənədi ilə onlayn qaydada qeydiyyatdan keçirə bilər.
Məlumatda qeyd edilib ki, şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbə qəbul olunmaya bilər.
Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat martın 1-dən aprelin 5-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 13-dək həyata keçiriləcək. Uşaqların yerləşdirilməsi məktəbdə fəaliyyət göstərən şagird qəbulu üzrə işçi qrupdan müsbət rəy aldıqdan sonra mümkün olacaq.
Aytən ZƏHRA