Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahan verib uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirən 6 yaşı tamam olmayan uşaqlar hansı hallarda müsabiqədənkənar qəbul edilə bilər?
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, 6 yaşı tamam olmayan uşaq müshaibədən keçməzsə Komissiyaya 6 yaşı tamam olmayan uşaqların müsahibəsi başa çatdıqdan sonra müraciət edə bilər.Qeyd edilib ki, hər il 16 sentyabr-31 dekabr müddətində 6 yaşı tamam olacaq uşaqlar müsahibəyə cəlb edilirlər. Həmin əmrin 8-ci bəndinə əsasən müsahibə komissiyaları rayon (şəhər) təhsil şöbələrinin (idarələrin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilməlidir.
6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq.
Aytən ZƏHRA