Modern.az

Ev sahibini öldürən azərbaycanlı “Allahu Əkbər” deyib polisə təslim oldu

Ev sahibini öldürən azərbaycanlı “Allahu Əkbər” deyib polisə təslim oldu

Təhsil

1 Mart 2016, 16:00

 

Sankt-Peterburqda qətl törədən Azərbaycan vətəndaşı həbs olunub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva vaxtı ilə səhər saat 6:30-da polisə zəng edən azərbycanlı özünü onlara təqdim edib və 1 dəqiqə əvvəl tanışını qətlə yetirdiyini deyib.

O, “Allahu Əkbər” çığıraraq telefonun dəstəyini asıb.   Primorsk rayonunda yerləşən mənzilə gələn polis doğurdan da orada yerli sakinin meyitini tapıb.  

Həbs olunan Azərbaycan vətəndaşı qətlə yetirdiyi şəxsin mənzilində kiyarə qaldığını və bu gün kirayə haqqını ödəmək üçün gələn ev sahibi ilə mübahisə etdiyini deyib. Sərxoş olduğunu deyən azərbaycanlı qətli necə törətdiyini tam xatırlamadığını da sözlərinə əlavə edib.  

Polislər mənzildə azərbaycanlının Rusiya siyasətçiləri , o cümlədən Vladimir Putin haqda düşüncələrini əks etdirən tezisləri aşkar ediblər.  

Peterburq istintaqçıları həmin tezisləri “xəstə təfəkkürün məhsulu” kimi xarakterizə ediblər.   Azərabaycan vətəndaşı isə psixoloji ekspertizaya göndərilib.

Vüqar İsmayılov


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?