Modern.az

15-dən çox ölkə neft hasilatını dondurur

 15-dən çox ölkə neft hasilatını dondurur

Təhsil

1 Mart 2016, 22:48

 

15-dən çox ölkə neft hasilatının həcminin 2016-cı ilin yanvar səviyyəsində dondurulmasına razı olduğunu ictimai şəkildə təsdiq edib. Modern.az saytı RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya energetika naziri Aleksandr Novak deyib.

“Əslində, bu günə olan məlumata əsasən, 15 ölkə neft hasilatının həcminin 2016-cı ilin yanvar səviyyəsində dondurulmasına razılığını bildirib. Lakin bu bəyanatların təsdiqlənməsi üçün nazirlər səviyyəsində görüş keçirib bu qərarı təsdiq etmək lazımdır”, - nazir vurğulayıb.

Novak əlavə edib ki, hətta İran bu razılaşmaya qoşulmasa belə, neft hasilatının dondurulması öz effektini göstərəcək. Bunula belə, nazir qeyd edib ki, "qara qızıl"ın qiyməti 2014-cü ildəki səviyyəsinə qayıtmayacaq.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?