Modern.az

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı açılacaq

Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı açılacaq

Təhsil

1 Mart 2016, 23:15

 

Naxçıvan-Təbriz-Tehran-Məşhəd arasında beynəlxalq sərnişin qatarı işləyəcək. Modern.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı İşçi Qrupunun ilk görüşü keçirilib.

İlk görüşdə Azərbaycan tərəfdən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mahir Əliyev, İran İslam Respublikası tərəfdən Azərbaycan Dəmiryolu Təşkilatının baş direktoru Mirhüseyn Musəvi, İran Dəmir Yolları Sərnişindaşıma Xidmətinin baş müdiri Mürtəza Cəfəri iştirak ediblər.

İşçi Qrupunun üzvləri keçirilən ilk müzakirədə iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar. Naxçıvan dəmiryol vağzalında keçirilən görüşdə belə tədbirlərin hər iki ölkənin vətəndaşları tərəfindən razılıqla qarşılandığı vurğulanıb. Qarşıdakı günlərdə Azərbaycan və İran dəmir yolu rəhbərlərinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq məqsədi daşıyan işçi qrupunun görüşündə bir sıra texniki məsələlər, sərnişin qatarının qrafiki və tariflər müzakirə olunub.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?