Modern.az

Ölümü ilə hamını qabaqladı – STATİSTİKA

Ölümü ilə hamını qabaqladı – STATİSTİKA

Təhsil

2 Mart 2016, 10:49

Mərhum müğənnimiz keçən ay mediada ən çox anılıb...

Media Təqib Mərkəzi şou-biznes nümayəndələriilə bağlıölkədə ilk dəfəolaraq aylıq monitorinqləri təqdim etməyə başlayıb.

***

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevralayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Şirkət şou-biznes nümayəndələri ilə bağlı ölkədə ilk dəfə olaraq fevral ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələriilə əlaqəli 22522 xəbər yerləşdirilib. Bunlardan 1351 xəbər mənfi, 36 xəbər müsbət və 21135 xəbər isə neytraldır.

Mənfi xəbərlər arasında liderlər: İlhamə Quliyeva (953 xəbər-müğəninin və oğlunun  haqqında olan mənfi iddialar, digər müğənnilər arasında olan konfiliktlər və s), Elton Hüseynəliyev (136 xəbər-Aygün Kazımovanın onu təhqir etməsi), Röya Ayxan (103 xəbər-Natavan Həbibinin müğənnini “çuşka” adlandırması).  Müsbət xəbərlər isə prodüsser Tarix Əliyevə (36 xəbər-Dağıstanın "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməsi) məxsusdur.

Xəbər sayına görə sıralama:

1.      İlhamə Quliyeva                     6215xəbər

2.      Aygün Kazımova                   2047xəbər

3.      Röya Ayxan                           1171xəbər

4.      Elza Seyidcahan                     1005xəbər

5.      Flora Kərimova                      859xəbər

6.      Nazpəri Dostəliyeva               676 xəbər

7.      Natəvan Həbibi                      640xəbər

8.      Brilliant Dadaşova                 521xəbər

9.      Tarix Əliyev                           504xəbər

10.  Nadir Qafarzadə                    430xəbər

 

 

 

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 655 xəbər dərc edilib. Bu xəbərlərdən 615-i neytral, 1-i müsbət, 39-u isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: İlhamə Quliyeva (25 xəbər-müğəninin və oğlunun  haqqında olan mənfi iddialar, digər müğənnilər arasında olan konfiliktlər və s), Aygün Kazımova (7 xəbər-İlhamə Quliyevanın oğlunun müğənnini təhqir etməsi). Müsbət xəbər isə prodüsser Tarix Əliyevə (Dağıstanın "əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməsi) məxsusdur.

 

Xəbər sayına görə sıralama:

 

1.      İlhamə Quliyeva                     136xəbər

2.      Aygün Kazımova                   47xəbər

3.      Röya Ayxan                           31xəbər

4.      Flora Kərimova                      29xəbər

5.      Elza Seyidcahan                     26xəbər

6.      Natəvan Həbibi                      24xəbər

7.      Nazpəri Dostəliyeva               23xəbər

8.      Ağadadaş Ağayev                 15xəbər

9.      Brilliant Dadaşova                 13xəbər

10.  Nadir Qafarzadə                    12xəbər

 

Fevralayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında245 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

 

1.      İlhamə Quliyeva                     60xəbər

2.      Tünzalə Ağayeva                   23xəbər

3.      Elza Seyidcahan                     10xəbər

4.      Firuzə İbadova                       8xəbər

5.      Lalə Məmmədova                  8xəbər

6.      Rəşad İlyasov                        7xəbər

7.      Əli Mirəliyev                          7xəbər

8.      İlhamə Qasımova                   5xəbər

9.      Rüfət Axundov                      5xəbər

10.  Niyaməddin Musayev            5xəbər

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?