Modern.az

Gürcüstan gedən azərbaycanlıların sayı AÇIQLANDI

Gürcüstan gedən azərbaycanlıların sayı AÇIQLANDI

2 Mart 2016, 17:29

2016-cı ilin əvvəllərindən Gürcüstanı 250 min nəfər turizm məqsədilə olmaqla, 683 min 561 nəfər ziyarət edib.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi fevral ayında 360 min əcnəbi ölkə vətəndaşının bura səfər etdiyini bildirib.  

Fevral ayında Gürcüstana ən çox Azərbaycan vətəndaşları (113,8 min nəfər) gəlib. Bu göstərici 2015-ci ilin analoji ayı ilə müqayisədə 41,9% çoxdur.

İkinci yerdə Türkiyə (92 min nəfər), 3-cü pillədə isə Ermənistan vətəndaşları (75 min nəfər) yer tutub.     Rusiyadan isə Gürcüstana gələn şəxsərin sayı 29,2% artaraq 43,1 min nəfər çatıb.  

Vüqar İsmayılov      

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?