Modern.az

İcra başçısnın müavini olmaq üçün 170 min dollar vermiş şəxs: “Daha bir vəkil tutmuşam”

İcra başçısnın müavini olmaq üçün 170 min dollar vermiş şəxs: “Daha bir vəkil tutmuşam”

3 Mart 2016, 11:45


“Mənim Adəm Məmmədovla imzaladığım müqavilə ləğv edilməyib”. Bu haqda Modern.az saytına  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov tərəfindən aldadıldığını iddia edən, icra başçısnın müavini olmaq üçün 170 min dollar vermiş Eynur Kərimov bildirib.

O qeyd edib ki, mətbuat dəqiqləşdirilməmiş informasiya yazıb:

“Hüquqşünas Adəm Məmmədovla müqaviləmiz davam edir. Kamandar Nəsibovla da müqavilə bağlamışıq. Hər iki vəkil mənim hüquqlarımı müdafiə edir”.

Qeyd edək ki, S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaş Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində Binəqədi rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir. Məsələdə Komitə sədri Hicran Hüseynovanın da adı hallandırılır.

Məlumat üçün bildirək ki, məsələni ilk dəfə vəkil Adəm Məmmədov ictimailəşdirdikdən sonra böyük rezonansa səbəb olub. Bu gün yayılan məlumatda E.Kərimovla A.Məmmədov arasında imzalanmış müqaviləyə xitam verildiyi bildirilirdi.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?