Modern.az

Bu qanunlara düzəlişlər ediləcək – SİYAHI

Bu qanunlara düzəlişlər ediləcək – SİYAHI

Təhsil

3 Mart 2016, 13:10


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında  bəzi qanunlara əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirəyə çıxarılıb.

Qanunvericilik təşəbbüsünün subyekti olan ölkə Prezidenti tərəfindən göndərilən qanun layihələri paketində Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Vergilər Məcəlləsinə, həmçinin, "Publik hüquqi şəxslər haqqında", "Normativ hüquqi aktlar haqqında", "Banklar haqqında", "Mərkəzi Bank haqqında", "Post haqqında", "Kredit ittifaqları haqqında", "Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdrırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və bəzi digər qanunlara düzəlişlər edilməsi təklif olunur.  

"Kredit ittifaqları haqqında" qanuna təklif olunan dəyişikliyə görə, maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək kredit ittifaqları bank fəaliyyətinin yoxlanılmasını maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılacaq.

Bundan başqa "Poçt haqqında" qanuna edilən dəyişikliyə görə, poçt rabitəsinin milli operatoru maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.

"Banklar haqqında" qanuna təklif olunan dəyişiklikdə qeyd olunur ki, 1.12.89-cu maddə bu redaksiyada - "Birdən çox ölkədə filialı olan bankların ödəniş qabiliyyətinin olmaması" -redaksiyasında verilsin. Eyni zamanda, 1.13.92-ci maddədəki "Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və ya onun" sözləri "Maliyyə bazarlarına nəzarət orqanın" sözləri ilə əvəzlənəcək. "Qiymətli kağızlar haqqında" qanuna təklif olunan dəyişikliklərə gəlincə, qeyd olunur ki, 89-cu maddə "Qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitlər maliyyə bazarlarına nəzarət orqanına onun müəyyən etdiyi məbləğdə və qaydada haqlar ödəyirlər" formasında olacaq.  

Mülki Məcəlləyə təklif olunan dəyişikliyə əsasən isə məcəllənin 986-3.2.2. maddəsindəki (bank təminat olmadığından çekin tamamilə və ya qismən ödənilmədiyini çekin özündə qeyd etməli və ləngimədən onu çek sahibinə göndərməli, bu barədə belə çekləri imzalamış çek verənlərin reyestrini tərtib edən Azərbaycan Mərkəzi Bankına dərhal bildiriş göndərməlidir) “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözləri "maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz ediləcək.

Müzakirələrdən qanun layihələri paketi parlamentin sabahkı iclasına tövsiyə olunub.  

Ağa AKİFOĞLU

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?