Modern.az

İTV-dən regional bürolarının bağlanması xəbərinə REAKSİYA

İTV-dən regional bürolarının bağlanması xəbərinə REAKSİYA

3 Mart 2016, 13:30


Mətbuatda İctimai Televiziyanın (İTV) regional bürolarının bağlanması barədə məlumatlar yayılıb.

Şirkətin sözçüsü Akif Cabbarlı Modern.az saytına regional büroların bağlanması ilə bağlı yayılan məlumatları təkzib edib.

O qeyd edib ki, regional bürolar bağlanmır: “Yayılan məlumatlar həqiqəti əks etdirmir. Bölgə müxbirləri Bakıya mütəmadi olaraq çağırılırlar, onlara müvafiq təlimatlar verilir və onlara verilən avadanlıqlar yoxlanılır. Regional büroların bağlanmasından söhbət belə gedə bilməz. Həmçinin İTV ixtisarlar da nəzərdə tutulmayıb.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?