Modern.az

“Bu amil Şirvanın da dirçəlişinə təkan verəcək” – FOTOLAR

“Bu amil Şirvanın da dirçəlişinə təkan verəcək” – FOTOLAR

3 Mart 2016, 15:48

Rafael Cəbrayılov: “Azərbaycanda yeni dövrün iqtisadi imkanları Şirvanın da dirçəlişinə təkan verəcək”

   

Şirvan şəhərindən Milli Məclisin deputatı olan Rafael Cəbrayılov seçicilərlə növbəti görüşünü keçirib. Modern.az xəbər verir ki, mütamadi olaraq seçicilərlə görüşlər keçirən deputat onların problemlərinin həlli istiqamətində səlahiyyətləri çərçivəsində köməklik edəcəyini bildirib.

Görüş zamanı əsasən sosial xarakterli müraciətləri dinləyən deputat, onların həlli istiqamətində seçicilərə məsləhətlər verib, müraciətlərdə göstərilən problemlərin həlli üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılaraq icrasının nəzarətə götürüldüyünü söyləyib. Seçicilər tərəfindən qaldırılan bəzi məsələlər yerində həll edilib.

Görüşdə iştirak edənlər əsasən işsizlik, sosial yardım və digər məişət məsələləri ilə bağlı müraciətlər ünvanlayıblar. Millət vəkili seçicilərin diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinin icrasına başlanılıb. Qısa müddət ərzində Şirvan şəhərində 700 nəfərin müxtəlif orqanlarda işlə təmin olunması mövcud sosial və məişət problemlərinin həllinə təkan vermiş olacaq.

Deputat diqqətə çatdırıb ki, Şirvandakı yolların, köhnə binaların təmiri, istilik sisteminin qaydaya salınması prioritet məsələdir və o da öz səlahiyyətləri çərçivəsində bu problemlərin aradan qaldırılması istiqamətində şəhər rəhbərliyi ilə birlikdə müxtəlif addımların atılmasına təkan verəcək. Rafael Cəbrayılov seçiciləri əmin edib ki, Azərbaycanda yeni dövrün iqtisadi imkanları Şirvanın da dirçəlişinə təkan verəcək. Seçicilər Rafael Cəbrayılova göstərdiyi diqqət və qayğıya görə təşəkkür edərək ona uğurlar arzulayıblar.


Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?