Modern.az

Eldar İbrahimov: "...Keçirilə də bilməz"

Eldar İbrahimov: "...Keçirilə də bilməz"

3 Mart 2016, 17:06

"Cənub Qaz Dəhlizi" layihəsi nəinki regionun, bütövlükdə Avropanın iqtisadi çoğrafiyasını, iqtisadi, xüsusilə, enerji xəritəsini dəyişə biləcək çox möhtəşəm layihədir. Bunu iqtisad elmləri doktoru, professor,deputatEldar İbrahimov dilə gətirib.  

Onun sözlərinə görə, bu layihə əsası ötən əsrin 90-cı illərin əvvəllərində qoyulmuş uğurlu neft strategiyasının məntiqi davamı və tərkib hissəsidir.

O, deyib ki, heç təsadüfi deyil ki, "Cənub Qaz Dəhlizi" layihəsini "Əsrin müqaviləsi" ilə eyniləşdirirlər, ona bərabər tuturlar.  

"Bildiyiniz kimi, 1993-ci ilin iyununda Azərbaycan xalqının təkidli və israrlı tələblərindən sonra ikinci dəfə hakimiyyətə qayıdan ümummilli liderimiz, müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyev tərəfindən çox qısa zamanda uğurlu neft-qaz strategiyasının əsası qoyuldu.

Bu strategiyanın da başlanğıcı, bugünkü uğurlarımızın, nailiyyətlətimizin rəhni, şah əsəri sayılan tarixi "Əsrin müqaviləsi" oldu. Bununla Azərbaycan nəinki bölgənin, yerləşdiyi regionun, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm faktorlardan birinə çevrildi. 

Heç təsadüfi deyil ki, bu gün Azərbaycanın iştirakı və razılığı olmadan regionda heç bir layihə həyata keçirilmir və ya keçirilə də bilməz. Yəni, Azərbaycan artıq sözə, ələ baxan dövlət yox, söz, nüfuz sahibi olan, qərar verən ölkədir. Bu baxımdan, TAP, TANAP kimi layihələr də uğurlu neft strategiyasının, müstəqil Azərbaycan dövlətinin çox uğurlu iqtisadi və siyasi kursunun  məntiqi davamı və təırkib hissəsi sayıla bilər.   

Yuxarıda da qeyd etdiyim kimi, təsadüfi deyil ki, "TANAP"-ı 21-ci əsrin "Əsrin müqaviləsi" sayırlar. Əgər 20-ci əsrin sonlarında "Əsrin müqaviləsi" kimi tarixi uğura imza atmışdıqsa, 21-ci əsrin əvvəllərində  heç də ondan geri qalmayan "Cəbub Qaz Dəhlizi"-"TANAP" kimi böyük bir uğura imza atdıq. Bunlar da elə-belə baş vermədi. Bunlar hamısı ölkə rəhbərliyinin, xüsusilə, ölkə Prezidenti İlham Əliyevin qətiyyəti, möhkəm iradəsi, uzaq gələcəyə hesablanmış siyasəti nəticəsində mümkün oldu.   

Özünüz də şahidsiniz ki, Azərbaycanın imza atdığı hər bir uğur necə böyük qısqanclıqla qarşılanır. Uğurlarımız dostlarımızı sevindirdiyi kimi, əleyhidarlarımızı da bir o qədər qıcıqlandırır, kədərləndirir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycanın uğurları qarşısına sədd çəksinlər, onu tutuduğu müstəqil siyasətdən uzqalaşıdırsınlar. Ancaq hər dəfə də uğursuzluğa düçar olurlar, Azərbaycan isə qətiyyətlə, uğurdan uğura doğru addımlayır. 

Ona görə, bir daha qeyd edirəm ki, "Cənub Qaz Dəhlizi" də bizim böyük uduşumuz və uğurumuzdur. Bununla Azərbaycan  regionda, bütövlükdə Avropada və dünyada həm iqtisadi, həm də siyasi cəhətdən öz nüfuzunu, çəkisini daha da artırmış olacaq".  

E. İbrahimov bu baxımdan hesab edir ki, cəmi bir necə gün öncə Bakıda baş tutan toplantı- "Cəbun Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin yığncağı öz səviyyəsinə və əhəmiyyətinə görə çox mühüm tarixi tədbir sayıla bilər.  

"Bu toplantının keçirilməsi və sonda məlum Bəyannamənin ortaya qoyulması bir daha "Cənub qaz Dəhlizi" layihəsinin uğurla sonuclandırılacağından xəbər verir.

Bütün açıq-gizli maneələrə baxmayraq, Azərbaycan iştirakçısı və təşəbbüsçülərindən olduğu bu layihəni də uğurla həyata keçirəcək, necə ki, "Əsrin müqaviləsi" yolundakı bütün maneələri səbrlə, mətanətlə dəf etmək mümkün oldu, "TANAP"-la da bağlı eyni səbr, eyni qətiyyət, eyni iradə ortaya qoyulacaq, nümayiş etdiriləcək"-deyə, E. İbrahimov daha sonra sözlərinə əlavə edib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?