Modern.az

İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum hesabat verdi

İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum hesabat verdi

3 Mart 2016, 18:10


Bu gün İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, Forumun mətbuat xidmətinin rəhbəri Mətanət Əsgərqızı fevralın 19-dan-26-dək Türkiyədə keçirilən görüşlərə dəstəyə görə Prezident Administrasiyasına və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına qurum üzvləri adından minnətdarlığını bildirib.  

QAT rəhbəri Akif Nağı qeyd edib ki, Beynəlxalq Forum Türkiyə, Azərbaycan və Gürcüstandan olan Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə yaradılıb. İzmir Toplantısına İrandan, Tatarıstandan, Bolqarıstandan, Əfqanıstandan da da müşahidəçi qismində nümayəndələr qatılıb. Forumun yaradılmasında məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, qondarma “erməni soyqırımı” iddialarının ifşa edilməsi, region münaqişələrinin, o cümlədən, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllinə ictimai dəstəyin verilməsi, Forumda təmsil olunan ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsinə yardım göstərilməsindən  ibarətdir.

 Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Birliyinin sədri Mehdi Mehdiyev qeyd edin ki, İzmir toplantısında Bakı toplantısında əsas kimi qəbul olunmuş Təsis Bəyannaməsi əlavə və düzəlişlərlə iştirakçı təşkilatlar tərəfindən qəbul olunub. Bəyannamədə Beynəlxalq Forumun məqsəd və vəzifələri, əsas iş prinsipləri öz əksini tapıb. Foruma daxil olan ölkələr İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun mərkəzi ofisinin Bakı şəhəri olmasını, hədəflərin digər münaşiqə ocaqlarından çox Qarabağ məsələsinə yönəlməsinə diqqət yetirilməsini vurğulayıblar.

O da vurğulanıb ki, Forumun İkinci (İzmir) toplantısında təmsil olunan ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsi, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı yarıtmaz fəaliyyəti, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi ilə bağlı regionda yaranan vəziyyət və digər məsələlər müzakirə olunub, qəbul olunmuş qərarlar Forumun Yekun Qətnaməsinə daxil edilib.

 “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov bildirib ki, Forumun toplantısından sonra qurum Forum üvləri Türkiyənin İzmir, Ankara,Sakarya, İzmit, İstanbul şəhərlərində Xocalı faciəsinin anım tədbirlərində də iştirak ediblər. Türkiyədə Azərbaycan QHT rəhbərləri İzmir şəhərinin Bornovo və  Karabağlar bələdiyyə rəhbərləri Olğun Atilla və Muhittin Sevitopu tərəfindən qəbul edilib. Nümayəndə heyəti  İzmir şəhəri Karabağlar bələdiyyəsi ərazisində salınacaq Xocalı Soyqırımına həsr olunan parkın hazırlıq işləri ilə tanış olublar.

Forum üzvləri  Mustafa Əliyev, Emin Həsənli, Radə Abbas, Mehriban Abdullayeva, Tahirə Məmmədova, Füruzə Əsədullayeva, Naibə Behbudova, Sərraf Orucov  İsmət İnönu adına Kültür mərkəzində Beynəlxalq Forumun ictimaiyyət üçün təqdimatından, İzmirdəki Heydər Əliyev Parkı  və digər tarixi ərazilər  ilə tanışlıqdan, İzmirdə Borno bələdiyyəsi ərazisində fevralın 27-də açılması nəzərdə tutulan  Azərbaycan Dostluq parkından, İzmir şəhər rəsmiləri ilə yekun görüşdən, Borno, Karabağlar və Buca bələdiyyələrində görüşlərdən soz açıblar.

Mətbuat konfransının sonunda  İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun təsisçiləri media nümayəndələrinə Forumun işini işıqlandırdıqlarına görə minnətdarlıqlarını bildiriblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?