
“Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıqda məsuliyyətli və etibarlı tərəfdaşdırlar”.
Modern.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Dmitri Roqozin öz Twitter səhifəsində yazıb. "Bakıya səfərin əsas nəticəsi: tərəflər bildiriblər ki, hərbi-texniki əməkdaşlıq kimi həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaşdırlar", - Dmitri Roqozin yazıb.“Kommersant” qəzeti Azərbaycanın Rusiyadan sifariş verdiyi silahların bir qisminin pulunu neft ucuzlaşdığına görə ödəyə bilmədiyini və Roqozinin borcla bağlı danışıqlar aparmaq üçün Bakıya “planlaşdırılmayan səfər” etdiyini yazmışdı.
Modern.az