Modern.az

Qubadakı Alpan meşəbəyliyində YANĞIN

Qubadakı Alpan meşəbəyliyində YANĞIN

4 Mart 2016, 09:58



Martın 3-də saat 17 radələrində Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Alpan meşəbəyliyinin 8 saylı dolayının 45-ci kvartalında yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, yanğın nəticəsində meşəətrafı ərazidə 30 sot quru ot və kol örtüyü yanıb və meşə fonduna ciddi ziyan dəyməyib.

Yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində qısa müddət ərzində  söndürülüb.

Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?