Modern.az

Şimali Koreya rəhbərindən dünyaya nüvə TƏHDİDİ

Şimali Koreya rəhbərindən dünyaya nüvə TƏHDİDİ

Təhsil

4 Mart 2016, 10:40


“Nüvə zərbəsinin endirilməsi KXDR-in yeni hərbi doktrinasına daxil edilsin. Şimali Koreya istənilən an nüvə silahını və nüvə başlıqlarını istifadə etməyə hazır olmalıdır”.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Şimali Koreyanın lideri Kim Çen In öz bəyanatında söyləyib.

Kim Çen In ölkənin hərbi rəhbərliyinə hərbi doktrinaya nüvə zərbəsi endirməyə hazır olmaq üçün yenidən bir daha baxmaq əmrini verib:

“Ən çətin şərtlərdə millətimizin müstəqilliyini və varolma haqqını qorumağın yeganə yolu nüvə gücümüzün həm keyfiyyətini, həm də həcmini artırmaqdır. Bu məqsədlə hər an atəş açmağa hazır olmaq üçün  nüvə başlıqlı silahlar hazır vəziyyətə gətirilməldir" .

 Şimali Koreya, Birləşmiş Millətlər Təşkilatının sanksiyalarına cavab olaraq dünən Şərq Dənizinə (Yapon Dənizi) qısa mənzilli raket atmışdı.

BMT  Təhlükəsizlik Şurası bu ilin yanvarında Pxenyanın nüvə sınağına  cavab olaraq KXDR-ə dair sanksiyaların sərtləşdirilməsi haqqında qətnamə qəbul edib.

2006-cı ildən indiyə qədər Şimali Koreya artıq dörd nüvə sınağı keçirib və proqramı bitirməkdən imtina edir.

İndiki hakimiyyət yanvarda hidrogen bombasının uğurlu sınağını keçirdiyini bəyan edib.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?