Modern.az

Orta məktəblərə qənim kəsilən dəstə tutuldu

Orta məktəblərə qənim kəsilən dəstə tutuldu

4 Mart 2016, 13:12


Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində orta məktəblərdən oğurluq edən dəstə zərərsiləşdirilib.

Modern.az saytı xəbər verir ki, bu barədə DİN mətbuat xidməti bildirib. Məlumata görə, martın 1-də və 2-də Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdən 2500 manat və mobil telefon, 1 saylı orta məktəbdən 580 manat, Masazır qəsəbəsində yerləşən 1 saylı orta məktəbdən kompyuter, qəsəbədə yerləşən Laçın rayonunun Çıraqlı kənd orta məktəbdəki seyfdən 700  manat və 2 saylı orta məktəbin inzibati binasından 2 ədəd kompyuter oğurlamış Masazır qəsəbə sakinləri Mülkədar Rəhimov, Əkbər Kərimov və Namiq Həsənli tutulublar.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?